bazar ertəsi 26 yanvar 2026 - 00:41
Türkiyənin Əhli-Beyt Alimləri Birliyinin zalım güclərə qarşı xəbərdarlığı:İslam İnqilabının Ali Məqamlı Rəhbərinə qarşı edilən hər hansı bir təhdid İslam ümmətinin qəzəbi ilə cavablandırılacaq 

Hövzə / Türkiyənin Əhli-Beyt Alimləri Birliyi ABŞ və İsrailə xəbərdarlıq edərək vurğulayıb: İslam İnqilabının Ali Məqamlı Rəhbərinə qarşı edilən hər hansı bir təhdid bizim qırmızı xətdimizdir. Bu təhdid İslam ümmətinin qəzəb fırtınası ilə qarşılaşacaq. Bu da təcavüzkarlar üçün dağıdıcı nəticələrə səbəb olacaq.

Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata əsasən, Türkiyənin Əhli-beyt Alimləri Birliyinin İstanbulda yaydığı bəyanatda, zülm və istikbar bayrağının ABŞ və sionist rejimin əlində olduğunu vurğulayaraq, Ayətullah Xameneinin liderliyi altında olan müqavimət cəbhəsini dünyada ədalətin bərqərar olması yolunda öncül qüvvə kimi dəyərləndirib.

Türkiyənin Əhli-Beyt Alimləri Birliyi bu bəyanatda həmçinin zülmkar hegemon güclərə xəbərdarlıq edərək bildiriblər ki, İslam dininin dəyərləri və Ali Məqamlı Rəhbər bizim qırmızı xətdimizdir. Bu dəyərlərə edilən hər hansı bir hörmətsizlik, təcavüzkarlar üçün dağıdıcı nəticələrə səbəb olacaq.

Bu bəyanatın tam mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə 

Bu gün bəşəriyyət, xüsusilə də İslam dünyası öz tarixinin ən həssas dönəmlərinin birindən keçməkdədir. Haqq ilə batil arasındakı sərhədlər dünyada misli görünməmiş bir formada bir-birinə qarşı çıxmışdır.

Hər bir ağıl və vicdan sahibinə aydındır ki, zülm və hegemon bayraq böyük şeytan olan Amerika və qəsbkar sionist rejimin əlindədir. Digər tərəfdə isə İslam İnqilabının Ali Məqamlı Rəhbəri başçılıq etdiyi güclü müqavimət cəbhəsi, haqq cəbhəsinin öncülü kimi ədalətin bərqərar olması və məzlumların azadlığı naminə ayağa qalxmışdır.

Bu taleyüklü mərhələdə zalımlara qarşı durmaq və məzlumlara yardım etmək, dünyanın bütün bəşəriyyəti üçün dini və insanlıq vəzifəsidir.

Biz bununla bir daha bəyan edirik ki, Fələstindən Yəmənə, Livan və Suriyadan Myanmar və Venesuelaya qədər dünyanın bütün məzlumlarının yanında olmağa davam edəcəyik.

Biz zalım hegemon güclərə tam açıq şəkildə xəbərdarlıq edirik ki, İslamın dəyərləri həmçinin İslam İnqilabının Ali Məqamlı Rəhbəri bizim qırmızı xətdimizdir. Əgər zalım hegemonlar öz varlıqlarının davamından zərrə qədər narahatdırlarsa, bu dəyərlərə təcavüz etməyi ağıllarından çıxarsınlar. Əks halda, onları böyük bir qəzəb tufanı qarşılayacaq və bu onlar üçün dağıdıcı və təsəvvür olunmaz nəticələr doğuracaq.

Biz uca Allahdan haqq cəbhəsinin son qələbəsini və İslam ümmətinin söz birliyini diləyirik.

Türkiyənin Əhli-Beyt Alimləri Birliyi – İstanbul

Türkiyənin Əhli-Beyt Alimləri Birliyinin zalım güclərə qarşı xəbərdarlığı:İslam İnqilabının Ali Məqamlı Rəhbərinə qarşı edilən hər hansı bir təhdid İslam ümmətinin qəzəbi ilə cavablandırılacaq 

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha